"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC açıq elan edir.
FED.az xəbər verir ki, elanda suvarma boruları və aksesuarlarının satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1100496071
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Nobel 61
Müsabiqənin başlama tarixi və vaxtı: 09.10.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 27.10.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.11.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 07.11.2023 11:00
Ödəniş şərtləri : Köçürmə yolu ilə.
Çatdırılma yeri : Bakı şəh, Xətai rayonu, 8 Noyabr pr 61
Çatdırılma müddəti : 2023
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə
Bank rekvizitləri
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi haqqında arayış
Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış
İxtisas göstəriciləri:
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi”
İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Etibar Məlikov , Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 050 529 62-36