Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” süfrələrin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvana müraciət edə bilərlər.
Eləcə də bax: Azərbaycanda nazirlik öz işçilərinə - QOL SAATI ALIB
Əlaqələndirici şəxs - Kəmalə Süleymanova, telefon - (012) 310-11-11 (7700).
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 9 dekabr 2019-cu il saat 11.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri 9 dekabr 2019-cu il saat 12.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli (Port Baku Towers) ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.