Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsi üçün 3 böyük tender elan edib.
Eləcə də bax: Sumqayıtda yataqxana söküləcək - TENDER ELANI
FED.az xəbər verir ki, yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya, suvarma sisteminin və yağış kanalizasiyasının tikintisi, sahədaxili şəbəkəsinin tikintisi və binaların qaz təchizatı, xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi üzrə tenderlər elan edib.
Tenderlər haqqında ətraflı əlumatı dövlət satınalmaları saytından əldə edə bilərsiniz.