Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi “Səyyar nasos stansiyalarının satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “S+S Qrup” MMC olub.
Şirkətlə 455 291 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 14 dəst səyyar nasos stansiyaları (təkərli) satın alınacaq.