Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən elan olunan tender yekunlaşıb.
Dövlət Xidməti layihə hazırlayacaq şirkət axtarır - TENDER ELANI
FED.az xəbər verir ki, tender “Məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması” məqsədilə keçirilib.
Tenderin qalibi ADA Universiteti Fondu olub (VÖEN: 1502711031).
Qalib şirkətlə bağlanan müqavilənin ümumi məbləği 300 000 manat təşkil edir. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, ADA Universiteti Fondu 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 10.000 AZN təşkil edir. Fondun qanuni təmsilçisi Natıq Hacıyev Namıq oğludur. Hüquqi ünvanı AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağa oğlu küçəsi, ev 11, 2-ci mərtəbə SB ünvanında yerləşir.