Gənclər Fondu böyük açıq tender elan edib.
Gənclər Fondu PHŞ tərəfindən Gənclər Fondunun 10 illik yubeliyinə həsr olunmuş silsilə tədbirlərin təşkili ilə əlaqədar müxtəlif malların və xidmətlərin satın alınması üzrə açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır. İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi 03.12.2021 saat 12:00 - a kimidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır, sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir, əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir
Mikro, kiçik, və ya orta sahibkarlıq subyektinə aid olmasına dair məlumat
Dövlət Statistika Komitəsindən alınmalıdır. Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir
Rekvizitlər
sənədlər təşkilat(və ya bank) tərəfindən təsdiq edilməli və pdf formatında yerləşdirilməlidir
Qeydiyyatdan keçdiyi ölkə
sənədlər notarial qaydada təsdiq edilməli və pdf formatında yerləşdirilməlidir
Nizamnamə
sənədlər notarial qaydada təsdiq edilməli və pdf formatında yerləşdirilməlidir
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır, sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir, əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir
Maliyyə vəziyyəti haqqında bank arayışı
sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir, əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
2020-ci il üzrə, vergi orqanları tərəfindən təsdiq olunmalıdır, əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir
İxtisas göstəriciləri:
müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında arayış
Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış
öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması haqqında arayış
uçotda olduğu vergi orqanından yüklülük barədə arayış, əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir
satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması haqqında məlumat
malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının və vergi uçotunda olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti (imza edən şəxsin səlahiyyətli olmasına dair əmrin surəti)
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması haqqında məlumat
malgöndərən (podratçı) tərəfindən hazırlanır
Qeyd olunmuş prosedurlar üçün mətn
Tender təklifi
Texniki təklif: 0 bal
Qiymət təklifi:: 100 bal
Tender təklifinin qiymətinin təsviri
100
Müsabiqəyə təqdim olunmuş tender təklifləri dəyərə görə balların hesablanması aşağıdakı düsturla müəyyən olunur: B = ТT1 x 100 / ТT0 Burada: B- tender təklifinin dəyərinin balla ifadəsi; ТT1- iddiaçılar arasında ən səmərəli təklifin qiyməti; ТT0- müqayisə olunan tender təklifinin qiyməti;
Tender təklifinin qüvvədə olma müddəti
Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir
Tender təklifinin təminatının məbləği
Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir
Tender təklifinin təminatının qüvvədə olma müddəti
Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı
Satınalma müqaviləsinin icra təminatı, satınalma müqaviləsinin ümumi məbləğinin 2% həcmində
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Şahin Həsənzadə | mütəxəssis | [email protected] | 4989590 |
Tələb olunan iddiacıların sayı: 3
- • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.