Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZİNTELECOM” MMC İnfrastruktur avadanlıqları üçün sığorta xidmətlərinin satın alınması üzrə tender elan edib. FED.az xəbər verir ki, tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli (əlaqələndirici şəxslər - Kamil Bektaşidən və Vüqar Yəhyazadədən) telefon - 012 200 00 74/72 ) ünvandan ala bilərlər. İddiaçılar tenderdə iştirak üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2 avqust 2019-cu il saat 17.00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14 avqust 2019-cu il saat 17.00-a kimi, Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 15 avqust 2019-cu il saat 15.00-da Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi 74, “Azİntelecom” MMC-nin inzibati binasında açılacaqdır. |
Dövlət qurumu sığortaçı axtarır – TENDER
08:49
17 İyul 2019