Bakı Nəqliyyat Agəntliyi “Sığorta xidmətləri” satın alır.
FED.az xəbər verir ki, Bakı Nəqliyyat Agəntliyi “Sığorta xidmətləri”nin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata kəçirir. Təklif sorğusu 4 lotdan ibarətdir.
Eləcə də bax: “AccessBank” tibbi sığorta xidmətləri üzrə - TENDER ELAN EDİR
Lot 1 - Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Könüllü Sığortası;
Lot 2 - Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası;
Lot 3 - Avtonəqliyyat vasitələrinin (avtobuslarının) Sahiblərinin Mülki Məsulliyyətinin İcbarı Sığortasından artıq olan hissəsi üçün Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyyətinin Könüllü Sığortası;
Lot 4 - Avtonəqliyyat Vasitəsinə Dəymiş Zərərin Könüllü (Avtokasko) Sığortası.
Prosedur iştirakçılarına təklif edilir ki, öz qiymət təkliflərini möhürlənmiş, zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 06.12.2019-cu il saat 12:00 tarixinədək qəbul olunur. Müqaviləni yerinə etirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Maraqlanan şəxslər ət
raflı məlumatı Bakı şəhəri, Ziya Bünyadov 111 (Əlaqələndirici şəxs: Azər Yusifov, telefon: 404-41-20 (daxili 2186)) ünvanından ala bilərlər.
İddiaçılar müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət,
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Qiymət təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
- Qiymət təklifi dəyərinin 1 96-i həcmində bank təminatı (Zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır),
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış,
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,
- Podratçının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan qiymət təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri qeyd olunan tarixədək Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında yerləşən inzibati binasına yazılı formada təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 09.12.2019-cu il saat 12:00-da Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında yerləşən inzibati binasında açılacaqdır. Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.