Dövlət Turizm Agentliyi “2023-cü ilin 6-8 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Vitam” MMC olub.
Şirkətlə 350 061 manat məbləğində müqavilə imzalanıb.