“Azərsu” ASC daxili vəsaiti hesabına sementin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
Eləcə də bax: 2 milyon manatlıq tenderin qalibi - MƏLUM OLDU
FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamenti rəisinin müavini (əlaqələndirici şəxs- Murad Abışevə ,telefon- 431 47 67/3019 və Tural Rzayevə, 431 47 67/2266) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirov-ka təkliflərini 20 aprel 2020-ci il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 21 aprel 2020-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar və on-ların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.