Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi (DOST Agentliyi) inzibati binada sanitariya-epidemioloji işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
FED.az xəbər verir ki, kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) və digər zəruri sənədlər 10 aprel 2020-ci il saat 15:00-dək Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 86 ünvanında yerləşən ofisinə təqdim edilməlidir (telefon: 012-525-50-26). Zərflər 10 aprel 2020-ci il saat 17:00-da həmin ünvanda açılacaqdır.
Maraqlananlar müvafiq məlumatları DOST Agentliyinin Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 86 ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər.