Qax Rayon Mərkəzi Xəstəxanası “Maşın və avadanlıqlar-(Tibbi avadanlıqların alınması)” üzrə tender elan edir.
Tələb olunan avadanlığa 1 ədəd Rəqəmsal rentgen cihazı-50 kw daxildir. Rentgen cihazına qoyulmuş tələblər: LCD sensor ekran,17*17 düyüm,Rəqəmsal FPD,Güc Çıxışı 50kW,Tezlik 500KHZ, İkili fokus 0.6/1.2,Anod istilik tutumu:300kHU,Boru gərginliyi 40~150KV (Addım 1KV),Boru cərəyanı:10~630 mA,Rentgen borusu+Rentgen generatoru+1 ədəd Wifi portativ düz panel detektoru+4 yollu üzən masa 200KG yük qabiliyyətli,Enerji təchizatı:380V 50HZ. Əlavə olaraq iş masası və kompyuter.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 150 manatdır. Müsabiqə dekabr ayının 5-də, başlayır. Tələb olunan sənədlər dekabrın 26-dək, təkliflər isə yanvarın 6-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 9-da açılacaq.
Satınalan təşkilatın ünvanı: Qax şəhər 9 Aprel küçəsi 8