Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı (VÖEN – 1301946551) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti stasionar rəqəmsal rentgen cihazının satın alınmasıdır. Ehtimal olunan qiymət 430 491 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 12 fevral 2026-cı il, saat 15:00, zərflərin açılışı isə həmin tarixdə, saat 15:00-da keçiriləcək.
İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Tam rəqəmsal rentgenoqrafiya, rentgenoskopiya və flüoroskopiya rejimləri olmalıdır Rentgen Generatoru: min. 70 kW Maksimal anod gərginliyi: 150 kV Anod bucağı: 12.5° Rentgen borusu: İkifokuslu fırlanan anodlu Fokus nöqtələri: 0.6x0.6 / 1.2x1.2 mm Rentgen borusu blokunun firlanma dərəcəsi: min. 270° Detektor növü: DR Fokus–detektor məsafəsi: 115–180 sm Detektor dayağının uzununa hərəkəti: motorlu - 124 sm, manual - 131 sm Motorlu lazer kollimatoru: 43×43 sm R/F Yüksək dəqiqlikli radioqrafiya və flüoroskopiya üçün. Kollimatorun sensor ekran ölçüsü: 7 inch Xəstə masası: Hündürlüyü dəyişən tam motorlu, uzaqdan idarə olunan masa Masanın əyilmə diapazonu: +90° / -90° Masa ölçüləri: uzunluq 230-250 sm, eni 70-80 sm Döşəmədən hündürlük: min. 45-50 sm (ağır pasiyentlərin rahat yerləşdirilməsi üçün) Yük götürmə qabiliyyəti: hərəkət məhdudiyyəti olmadan min. 260 kq, statik müayinələrdə min. 300 kg Masanın üfüqi hərəkəti: eninə 30-35 sm, uzununa 160 sm Masanın səthi: konkav profilli, karbon lifli, aşağı attenuasiyalı Operator konsolu: məsafədən idarə etmək üçün, simsiz, coystik və sensor ekranlı Konsol ekranı: 23" sensor monitor Operator otağı ilə çəkiliş otağı arasında mikrofon vasitəsi ilə səsli əlaqə sistemi (İnterkom) Görüntülərin kontrast dərəcəsini (itiliyini) artırmaq üçün süa toplayıcı avtomatik ikiqat şəbəkə və ya qəfəq (double motorized grid) Tomosintez və stiching funksiyaları Flüoroskopiya rejimləri: davamlı, impuls rejimləri, çoxsaylı FOV və FPS Çəkiliş tezliyi: Puls flüoroskopiya rejimində 30-35 kadr/saniyə, fasiləsiz (kontinual) flüoroskopiya rejimində isə 50-55 kadr/saniyə olmalıdır Xətti tomoqrafiya: bucaqlar 5°, 8°, 20°, 30°, 40° (iki sürət, qat hündürlüyü 0–33 mm) Tam post-prosessinq: zoom, shutter, LUT, ölçmələr, filtrlər, harmonizasiya Çəkilişlər üçün müxtəlif anatomiya və pasiyent növləri üzrə proqramlar. Tam bədənin çəkilşi imkanı PACS/DICOM Store/Print/Worklist/MPPS funksiyaları ilə işləmə imkanları Çəkiliş otağı üçün əlavə monitor: sensor ekranlı, operator konsolunun idarəetmə funksiyalarını özündə cəmləyən, təkərli araba (trolley) üzərində Əlavə aksessuarlar: Ayaq altlığı, çiyin dayaqları, tutacaqlar, R/F pedal İstifadəçi interfeysi: İngilis dili, Rus dili, Türk dili Zəmanət: 1 (bir) il
Əlaqələndirici şəxslər:
-
Əlişir Mirzəyev (Mütəxəssis): [email protected]
-
Akif Əskərov (Şöbə rəisi): [email protected]
-
Telefon: +994 12 537 01 89
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 12 fevral 2026-cı il, saat 15:00-a qədər Yasamal rayonu K.Kazimzadə 118 ünvanına təqdim edə bilərlər.











