Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs reklam vasitələri xidmətlərinin kotirovka sorğusu üsulu ilə satın almasını elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün iştirakçılar müvafiq sahədə peşəkarlığa, təcrübəyə, texniki və maliyyə imkanlarına, işçi qüvvəsinə, idarəetmə səriştəsinə və etibarlığa malik olmalıdırlar.
İddiaçılar kotirovka sorğusunda iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
- qiymət kotirovkası (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmaları barədə müvafiq sənəd;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- son 2 ildə analoji xidmətlərin göstərilməsi sahəsində uğurla yerinə yetirilmiş və ya davam edən müqavilələrinin sayı 1 və daha çox olmalıdır.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları qapalı zərfdə, imzalanıb möhürlənərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin (Bakı, S.S.Axundov küçəsi 73C. Tel- (+994 12) 377 00 20 daxili – 524, məsul şəxs. satınalma və təchizat departamentinin mütəxəssisi Samirə Məmmədovaya) ünvanına 7 dekabr 2021-ci il saat 15.00-a qədər təqdim olunmalıdır.
Zərflərin açılışı 8 dekabr 2021-ci il saat 15.00-da keçiriləcəkdir.