Sosial Xidmətlər Agentliyi 2 açıq tender elan edir.
Dövlət qurumu Salyanda 3,2 milyona 32 mənzil alacaq – TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, elanlar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzillərin satın alınması ilə bağlıdır.
Belə ki, Saatlı rayonunda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı mənzilin satın alınması və Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulub.
Hər iki tenderdə iştirak haqqı 1 000 manat təşkil edir. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış tarixi 10.02.2025, saat 17:00 olaraq müəyyən edilib.
Son olaraq qeyd edək ki, Saatlı rayonunda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı mənzilin satın alınması tenderi üzrə ehtimal olunan qiymət 3 milyon 924 min 450 manat, Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin satın alınması tenderi üzrə isə 2 milyon 052 min manat təşkil edir.