Şahdağ Turizm Mərkəzi "Yük avtomobillərinin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Azərmaş Group" MMC (VÖEN 1404517221) olub.
Qalib şirkətə 63 000 manat ödəniləcək.
Qeyd edək ki, "Azərmaş Group" MMC 24.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 3 000 010 manatır. Qanuni təmsilçisi Rövşən Adıgözəlov Rəfail oğludur. Hüquqi ünvanı, Az1010, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, m 8-də yerləşir.