"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ (TƏBİB) tərəfindən sedan tipli nəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
Qeyd edək ki, “Auto Azərbaycan” MMC 24 iyun2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 17 352 742 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emil İsmayılov Hüseyn oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 118 ünvanında yerləşir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Auto Azərbaycan" MMC (VÖEN: 1500040601) olub. Müqavilənin ümumi dəyəri 120 600 manat təşkil edir. Ehtimal olunan qiymət isə 124 500 manat idi.
Tələblər: Rəng-ağ Mühərrik həcmi: min 1600 sm3; Max güc: min 127 a.g / 6300 rpm.; Yanacaq növü: benzin; Firlanma anı: min 155 Nm / 4800 rpm; Transmissiya: min 6 A/T 2WD; Klirens: min 135 mm; Bagaj həcmi: min 400 lt; Yanacaq çəni: min 45 Lt; Maksimal sürət: min 190 km/h; Ölçülər (mm):min 4710/ 1825/ 1430; Avtomobilin çəkisi: min 1300kq; Sürətlənmə 0-100 km/h: min 11.3 sn; Sürücü hava yastığı; Ön sərnişin hava yastığı; IMMOBILISER; Aktiv başaltlıqları; ABS (Anti bloklama əyləc sistemi); ESC (Elektronik stabilliyə nəzarət); HAC (Yoxuşda qalxmaq üçün dəstəyə nəzarət); MSLA (Mexaniki sürət həddi yardımçısı); TPMS(HIGH LINE) (Hava təzyiqinə nəzarət sistemi); Mərkəzi kilid; Bort komputeri; Ön park radar; Arxa park radar; Arxa görüntü kamera; Uzunluğa və hündürlüyə görə tənzimlənən sükan; Güzgülərin elektrikli tənzimlənməsi və qatlanması; Güzgülərin isidilməsi; Güzgülərdə dönmə işıqları; Ergonomik oturacaqlar; Elektrikli şüşəqaldıranlar; Uzaqdan idarəetmə asqisi olan açar; Açarsız giriş sistemi; İşıq sensoru; CC (Cruise Control); Sürücü oturacağının tənzimlənməsi (mexaniki); Salonun işıqlandırılması (ROOM LAMP); Stəkan altlığı; Arxa BULB faralar; Ön LED faralar; Arxa duman əleyhinə faralar; Mobility kit; Lehimli Disklər (Alloy Wheels) - 205/55 R16 (B-TYPE); Əlavə stop-siqnal; Palçıqönləyicilər; Radio+ RDS W/ INT. 8" Display; Supervısıon 10.25" TFT LCD Info+ Rheostat; Bluetooth W/ Voıce Recognıtıon; Audio Display & AUX + USB; Sükanda audio control; Ayaqaltılar (ön sərnişinlər və arxa sərnişinlər). , sayı -3 ədəd.
Qeyd edək ki, "Auto Azərbaycan" MMC bu yaxınlarda (30.12.2025) daha bir dövlət qurumu ilə müqavilə imzalayıb. Şirkət "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" PHŞ tərəfindən "Hyundai Sonata" markalı minik avtomobilinin texniki baxışı, təmiri və ehtiyat hissələri ilə təmin edilməsi üzrə "Bir mənbə" metodu ilə keçirilən satınalmanın qalibi olub. Həmin müqavilənin dəyəri 1 968 manat təşkil edib.










