“Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edir
FED.az xəbər verir ki, Bakı Telefon Rabitəsi Ələt Azad İqtisadi Zonasının yaradılması ilə əlaqədar mövcud rabitə qurğularının köçürülməsi, EATS-431-Ələt-ATS Azad İqtisadi Zona və EATS-491-Sahil ATS-Azad İqtisadi Zona arası Fiber optik kabellərin çəkilişinə hazırlanmış layihə-smeta sənədlərinə (12811-XQ) uyğun görüləcək tikinti-quraşdırma işlərinə tələb olunan qum, sement, çınqıl və s. mal-materialların satın alınması üzrə açıq tender keçirir.
Eləcə də bax: Dövlət Qurumu zirehli avtomobillər alır - TENDER ELANI
Tenderdə iştirak etmək üçün müraciətin təqdim edilmə və tender sənədlərin alınma müddəti: 07.01.2021-ci il saat 16:00-dək
Tender təklifləri ilə bank təminatı sənədlərini 15.01.2021-ci il saat 16:00-dan gec olmayaraq portal vasitəsi ilə təqdim etməlidirlər