Kənd Təsərüffatı Nazirliyinə məxsus “Aqroservis” ASC (keçmiş "Aqrolizinq") tender elan edir.
Eləcə də bax: Dövlət qurumu auditor axtarır - ELAN
FED.az xəbər verir ki, “Aqroservis” ASC əmlakının və mal-material ehtiyatlarının qiymətləndirilməsi xidmətini alır.
İştirak haqqı 250 manatdır.
İddiaçılar ilkin sənədləri oktyabrın 14-ü, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 22-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs Suqra Mahmudovadır.
Tenderin nəticəsi oktyabrın 23-də, saat 11:00-da portalda açıqlanacaq.