Daşkəsən Dəmir Filiz MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Daşkəsən rayonunda Daşkəsən dəmir filizi sahəsində çalışan işçilər üçün qidalanma xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 4900437551
Satınalan təşkilatın ünvanı : Azərbaycan, Bakı - AZ1004, Mikayıl Müşfiq küç., 2H
Müsabiqənin başlama tarixi və vaxtı : 25.09.2023 18:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
16.10.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 24.10.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı : 25.10.2023 15:00
Ödəniş şərtləri : Müqavilə üzrə Xidmətlərin dəyəri hissə-hissə (aylıq) olmaqla, Xidmətlər Sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verildikcə İcraçı tərəfindən təqdim olunacaq müvafiq hesab-faktura və tələb olunduğu halda digər ödəniş sənədləri (qaimələr, aktlar, bildirişlər və.s) əsasında, nağdsız qaydada, ən qısa müddət ərzində, lakin həmin sənədlər təqdim edildikdən sonra 15 (on beş) bank günündən gec olmamaq şərti ilə İcraçının bu Müqavilədə və ya fərqli olduğu təqdirdə hesabın İcraçıya aid olmasını təsdiq edən bank sənədi əsasında hesab-fakturada göstərilən bank hesabına Sifarişçi tərəfindən ödəniləcəkdir.
Çatdırılma yeri : Xidmətlər və xidmətlərin təhvil verilməsi üçün zəruri olan mallar “Daşkəsən Dəmir Filiz” MMC-nin Daşkəsən rayonu, İ.Qayıbov ünvanında yerləşən Daşkəsən Dəmir Filizi sahəsinə İcraçı tərəfindən çatdırılmalı və müvafiq qaydada təhvil verilməlidir.
Çatdırılma müddəti : Müqavilə imzalandığı tarixdən etibarən Xidmətlər hissə-hissə (aylıq) olmaqla, lakin ümumilikdə 1 (bir) il ərzində təhvil verilməlidir. İcraçı müqavilə üzrə Xidmətlərin təhvil verilmə müddətini nəzərə alaraq, aylar üzrə iş qrafiki tutmalı və onu cədvəl şəklində təqdim etməlidir. İş qrafiki təqdim edildikdən sonra ona dəyişikliklər yalnız Sifarişçinin yazılı razılığı ilə mümkündür, əks təqdirdə dəyişikliklərə yol verilmir
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Tender iştirakçısının komplekt anket Forması”
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İxtisas göstəriciləri:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət reyestrindən çıxarış” sənədi;
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Anna Elyaşina , Təchizat zəncirinin idarə olunması şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: +994 12 585 77 88 (1250,1251 daxili)