Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 3 tenderə yekun vurub.
Cəbrayılda 45,8 milyon manata yaşayış evləri tikiləcək - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, “Kəlbəcər rayonu 487 ailəlik (birinci mərhələdə -350 ailəlik) Zallar kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri” tenderinin qalibi “Amozone” MMC olub.
Qalib şirkətə 353 581 manat ödəniləcək.
“Kəlbəcər rayonunun 855 ailəlik (birinci mərhələdə -547 ailəlik) Zar kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri” tenderinin qalibi “Amozone” MMC olub.
Qalib şirkətə 900 050 manat ödəniləcək.
“Laçın rayonunun 581 ailəlik (birinci mərhələdə -150 ailəlik) Güləbird kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri” tenderinin qalibi “Rabitə İnşaat” ASC olub.
Qalib şirkətə 1 472 200 manat ödəniləcək.