Dövlət Dəniz və Liman Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda qablaşdırılmış içməli suyun satın alınması nəzərdə tutulub.
Qeyd edək ki, 1 400 ədəd 19 litrlik bidonlarda içməli su, 2 400 ədəd şüşə qablaşdırmada 0,5 litr su və 10 ədəd mexaniki pompa satın alınacaq.
Müsabiqədə iştirak haqqı 100 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1703188621
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 2 B
Müsabiqənin başlama tarixi və vaxtı: 21.12.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
16.01.2024 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 24.01.2024 10:00
Zərflərin açılış tarixi və vaxtı: 25.01.2024 10:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödəmələr İcraçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, təhvil verilmiş mallara (iş və xidmətə) mütənasib olaraq, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə köçürmə yolu ilə aparılır
Çatdırılma yeri: Bakı şəhəri ,Səbail rayonu, Bayıl qəs., Xanlar küç 2B ( Dövlət Dəniz və Liman Agentliyinin inzibati binası)
Çatdırılma müddəti : 2024-cü il ərzində (satınalan təşkilatla razılaşdırılmış tarixlərdə)
Çatdırılma şərtləri : DDP
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Elçin Әrbәşiyev, Təchizat və satınalmalar departamentinin Satınalmalar şöbəsinin müdiri
Email : [email protected]
Əlaqə telefonu : 055-927-97-47