"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi pişik yeminin alınması üçün keçirdiyi tenderin nəticəsini açıqlayıb.
Eləcə də bax: Xalça Muzeyini yumağa - PUL YOXDUR
FED.az xəbər verir ki, fiziki şəxs Abdulla Yalçın Qudrət oğlu qazanıb.
İdarə pişik yemlərinin satın alınması üçün Abdulla Yalçına 8 min 835 manat ödəyib.
Qeyd edək ki, bu ilin fevral ayının 3-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi fiziki şəxs Əfəndiyev Elnur ilə 12 min 149 manat məbləğində 7 ədəd pişik evciklərinin pişik yemləri ilə illik təmin olunması üzrə müqavilə bağlamışdı.