"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi pişik yemi tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: Dövlət qurumu böyük həcmdə - BALIQ YEMİ ALIR
FED.az xəbər verir ki, tenderi qazanan fiziki şəxs Əfəndiyev Elnur olub. Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazisində olan 7 ədəd pişik evciklərinin pişik yemləri ilə illik təmin olunması üzrə bağlanan tender müqaviləsinin məbləği 12 min 149 manat təşkil edir.