Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda "Dizel Mühərrikli pikap tipli nəqliyyat vasitəsinin satın alınması" nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300192331
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal r, Zərgərpalan küç.35
Müsabiqənin başlama tarixi və vaxtı: 06.06.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 03.07.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11.07.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 12.07.2023 10:00
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının nizamnaməsi
Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış
İddiaçının son bir ildəki fəaliyyəti haqqında (2022-ci il üzrə) vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının rekvizitləri
İxtisas göstəriciləri:
İddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq vergi orqanından arayış
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması barədə təsdiqedici sənəd
İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı olmalıdır
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Bərxudarov Rahib, Satınalmalar üzrə məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu: (070) 260-45-13
TƏLƏBLƏR: Ban növü: pikap, buraxılış ili: 2023-cü il, yürüş: 0 km, yanacaq növü: dizel, yanacaq çəninin həcmi: 65-100 litr, sürətlər qutusu: 6 pilləli mexaniki, ötürücü: tam 4x4, mühərrikin həcmi: minimum 2000 sm3, yerlərin sayı min. 5, əyləc sistemi: ABS+EBD, arxa şüşə qızdırıcılar, gündüz işıqları, park radar, açarsız daxil olma, bort kompüter, elektirik şüşə qaldırıcılar, sürətə həssas qapı kilidləri, kondisioner, sükan tənzimlənməsi, sürücü və ön sərnişin oturacağının tənzimlənməsi, təhlükəsizlik yastıqları, sərnişinin təhlükəsizlik kəmər xatırladıcısı, 3 nöqtəli təhlükəsizlik kəmərləri, ehtiyat təkər, qapıların sayı: 4 (+1 yük yeri), min. 5 il zəmanət -SAYI 1 ƏDƏD