Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi işçilərin və onların ailə üzvlərinin könüllü tibbi sığortası üzrə tenderə yekun vurub.
Eləcə də bax: Azərbaycanda 4 milyon manatlıq - Böyük Tenderin Qalibi Məlum Oldu
FED.az xəbər verir ki, tenderin şərtlərinə görə, qurumun 145 əməkdaşının, 2 rəhbər şəxsinin və onların 5 nəfərdən ibarət ailə üzvünün – ümumilikdə 152 nəfərin 1 illik müddütü sığortalanması nəzərdə tutulurdu.
Bunnula bağlı elan edilən açıq tenderdə «Azərbaycan Sənaye Sığorta"» şirkəti qalib gəlib. Tenderin qalibi ilə 55 328 manat məbləğində sığorta müqaviləsi imzalanıb.