"Dost İş Mərkəzi” MMC “Ofis sahəsinin icarəsi xidmətlərinin satınalınması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, ofis sahəsinin icarə müddəti 1 ildir. Bundan başqa ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 2750m² (±20m²) (eyvan sahəsi daxil deyil) olmalıdır. Ofis sahəsində minimum 25 otaq (onlardan 4 otaq minimum 20 nəfərlik olmalıdır), minimum 70m² sahəsi olan 1 iclas zalı, 35m² (±5m²) 1 mətbəx, 50m² (±5m²) anbar, minimum 6 ədəd ümumi istifadə üçün sanitar qovşağı olmalıdır, 4 ədəd rəhbər otağı (ayrıca sanitar qovşağı otağı ilə) və 10 ədəd nəqliyyat vasitəsinin parklanması üçün yeraltı dayanacaq və ya həyətyanı sahəsi olmalıdır.
Tenderdə iştirak üçün tələb olunan məbləğ 350 manatdır, müsabiqə noyabr ayının 23-də başlayıb. Tələb olunan sənədlər dekabrın 13-dək, tender təklifləri isə dekabr ayının 21-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 22-də açılacaq.
Satınalan təşkilatın ünvanı: AZ1100 Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 27