Dövlət Əmək Müfəttişliyi Xidməti “Xidmətin Aparatı üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satınalınması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tələb olunan inzibati binanın sahəsi 1980 m2-dir və altı ay müddəti üçün nəzərdə tutulub.
Tenderdə iştirak üçün tələb olunan məbləğ 250 manatdır, müsabiqə noyabr ayının 29-da başlayıb. Tələb olunan sənədlər dekabrın 20-dək, tender təklifləri isə dekabr ayının 28-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 29-da açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal ray., M.Naxçıvani küç.25A