Dövlət Sosial Müdafiə Fondu “Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, ofis sahəsi üçün tələb 3000 m2 sahəni əhatə edir və yekun məbləğ təklif edilərkən 12 ay nəzərə alınmalıdır.
Tenderdə iştirak üçün tələb olunan məbləğ 450 manatdır, müsabiqə noyabr ayının 24-də başlayıb. Tələb olunan sənədlər dekabrın 15-dək, tender təklifləri isə dekabr ayının 23-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 26-da açılacaq.
Satınalan təşkilatın ünvanı: Həsən bəy Zərdabi 80