Dövlət Sosial Müdafiə Fondu ofis icarəsi ilə bağlı iki tenderə yekun vurub.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi Qaze Həsən Qızı Həsənova olub.
Qalib şəxsə "Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması" 3 481 812, "Fondun Maddi - Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması tenderi üzrə" 1 668 600 manat ödəniləcək.
Qeyd edək ki, birinci tenderdə nəzərdə tutuluan icarə sahəsi 10 300 m2, ikinci tender üzrə 3 000 m2-dir.
Yekun məbləğ təklif edilərkən 36 ay nəzərə alınmalıdır.
Qaze Həsən Qızı Həsənova daha öncə də Dövlət Sosial Müdafiə Fondunun bir neçə icarə tenderlərini də udub.
S/N |
SATINALMA PREDMETİ |
MƏBLƏĞ |
TARİX |
İCARƏ SAHƏSİ (m2) |
1 |
Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması |
870.585 |
25.01.2023 |
10 000 |
2 |
Fondun Maddi - Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması |
417.150 |
25.01.2023 |
3 000 |
3 |
Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması |
556.200 |
10.03.2021 |
3 000 |
4 |
Əmək pensiyaları, sosial müavinət və ayrı-ayrı kateqoriyalı şəxslərə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin təqaüd, kompensasiya işlərinin mərkəzləşdirilmiş qaydada inventarlaşdırılmasının və arxivləşdirilməsinin həyata keçirilməsi, yerləşdirilməsi üçün ofisin icarəyə götürülməsi xidmətinin satın alınması |
993.600 |
16.11.2020 |
9 200 |