DOST İş Mərkəzi "Ofis sahəsinin icarəsi xidmətlərinin satınalınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərov olub. Tenderin dəyəri 426 855 manatdır
Qeyd edək ki, nəzərdə tutulan icarə üçün ofis icarəsi 2750 m2-dir və 12 ay müddətinə nəzərdə tutulub.
Ofisin üçün tələb olunan meyarlar isə bunlardır: 1. Ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 2750m² (±20m²) (eyvan sahəsi daxil deyil) olmalıdır. Ofis sahəsində minimum 25 otaq (onlardan 4 otaq minimum 20 nəfərlik olmalıdır), minimum 70m² sahəsi olan 1 iclas zalı, 35m² (±5m²) 1 mətbəx, 50m² (±5m²) anbar, minimum 6 ədəd ümumi istifadə üçün sanitar qovşağı olmalıdır, 4 ədəd rəhbər otağı (ayrıca sanitar qovşağı otağı ilə) və 10 ədəd nəqliyyat vasitəsinin parklanması üçün yeraltı dayanacaq və ya həyətyanı sahəsi olmalıdır.
Qeyd edək ki həmin şəxs bundan əvvəl də qurumla "Ofis sahəsinin icarə xidmətlərinin satın alınması" (ofis sahəsi 2750m²) tenderi üzrə 213 432 manatlıq (01.07.2022),
və "İcarə xidmətinin satınalınması" tenderi (2600 m2 sahə ofis otaqları) üzrə 249 600 manatlıq (14.10.2020) sifariş alıb.