Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ofis icarəsi ilə bağlı tenderə yekun vurub.
FED.az xəbər verir ki, "Xidmətin Bakı şəhər İdarəsi üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satınalınması" tenderin qalibi Fəridə Hüseynalı qızı Orucova (VÖEN: 1400576242) olub.
Tenderin dəyəri 163 549 manatdır.
Ofis icarəsinin sahəsi 908 kvadrat metrdir və 12 ay müddət üçün nəzərdə tutulur.