Dövlət Sosial Müdafiə Fondu ofis icarəsi ilə bağlı tenderə yekun vurub.
FED.az xəbər verir ki, "Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması" tenderin qalibi Aydın Akif oğlu Abasov olub.
Qalib şəxsə icarə üçün 1 620 000 manat ödəniləcək.
Qeyd edək ki, nəzərdə tutuluan icarə sahəsi 3 000 m2-dir.