Dövlət Sosial Müdafiə Fondu icarə ilə bağlı iki tenderin nəticələrini açıqlayıb
FED.az xəbər verir ki, tenderlərin qalibi fiziki şəxs Qaze Həsən qızı Həsənova (VÖEN: 1600110362) olub.
"Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması" (10 000) tenderinin dəyəri 870 585, "Fondun Maddi - Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması" (3 000 m2) tenderinin dəyəri isə 417 150 manatdır. İki tenderin dəyəri isə 1 287 735 manat təşkil edir
Xatırladaq ki, həmin şəxs agentliyin bundan əvvəl də icarə ilə bağlı 2 tenderinin qalibi seçilib.
Tenderin adı |
Məbləğ |
Tarix |
Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması |
556200 |
10/03/2021 |
Əmək pensiyaları, sosial müavinət və ayrı-ayrı kateqoriyalı şəxslərə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin təqaüd, kompensasiya işlərinin mərkəzləşdirilmiş qaydada inventarlaşdırılmasının və arxivləşdirilməsinin həyata keçirilməsi, yerləşdirilməsi üçün ofisin icarəyə götürülməsi xidmətinin satın alınması |
993600 |
16/11/2020 |