Dövlət Sosial Müdafiə Fondu ofis icarəsi ilə bağlı tenderə yekun vurub.
FED.az xəbər verir ki, "Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması" tenderin qalibi Almaz Hacı qızı Hüseynova (VÖEN: 1307950442) olub.
Qalib şəxsə icarə üçün 986 040 manat ödəniləcək.
Qeyd edək ki, nəzərdə tutuluan icarə sahəsi 2 200 m2-dir.