Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınması ilə əlaqədar tender elan edir.
Eləcə də bax: Dövlət qurumu ofis icarəyə götürür - TENDER
FED.az xəbər verir ki, nazirlik Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə, Lənkəran, Ağdaş və Yevlax şəhərlərindən bir, iki və üç otaqlı olmaqla ümumilikdə 214 mənzilin satın alır.
Təklif olunan mənzillər təmirli olmalı, kommunikasiya xətləri mövcud olmalı, kommunal borcları olmamalı və mənzillərin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş çıxarışları olmalıdır.
Səmərəli olduğu təqdirdə, heç bir tender təklifi tender predmetinin tam həcmdə icrasını təmin etmədikdə, tender predmeti iki və daha çox iddiaçı arasında bölünür.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi 85 (Əlaqələndirici şəxs: Tender komissiyası (012) 596-44-09) ünvanından ala bilərlər.
İştirak haqqı : 50,00 manat
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 16 sentyabr 2020-ci il tarixdə saat 18:00-dək, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə 24 sentyabr 2020-ci il saat 17:00-dək Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85 ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 25 sentyabr 2020-ci il saat 15:30-da Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.