“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Azəraeronaviqasiya Hava Hərəkəti İdarəsinin ərazisi üçün nəzarət-buraxılış məntəqəsinin tikintisi üzrə işlərin satın alınması məqsədilə açıq tender elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti Azəraeronaviqasiya Hava Hərəkəti İdarəsinin ərazisində nəzarət-buraxılış məntəqəsinin tikintisi ilə bağlı işlərin satın alınmasıdır.
Təkliflərin təqdim olunması üçün son tarix 24 dekabr 2025-ci il, saat 15:00-dır.
Prosedur üzrə əlaqələndirici şəxs: Elşad İsmayılzadə, aparıcı mütəxəssis.
Əlaqə vasitələri:
Elektron poçt: [email protected]
Telefon: (994 12) 497 26 00, daxili 5831
İddiaçılar təkliflərini 24 dekabr 2025-ci il tarixədək göstərilən ünvana təqdim edə bilərlər.











