Azərbaycan Dövlət İqtisad Universiteti “Nəqliyyat vasitələrinin satın alınması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 350 manatdır, müsabiqə noyabr ayının 30-da başlayıb. Tələb olunan sənədlər dekabrın 20-dək, tender təklifləri isə dekabr ayının 28-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 29-da açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Yükdaşıma üçün nəqliyyat vasitəsi |
Ban növü furqon (VAN), rəng ağ, ölçülər: uzunluğu 6700-6750 mm, eni güzgülərlə birlikdə 2450-2500 mm, hündürlüyü 2750-2800 mm, yük bölməsinin həcmi 15-15,5 m3, yük bölməsinin uzunluğu 4200-4300 mm, yük bölməsinin eni 1750-1800 mm, yük bölməsinin hündürlüyü minimum 2000 mm, yükqaldırma 2100-2200 kq, oturacaq sayı 3; mühərrik: həcmi minimum 2200 sm3, maksimal gücü ən azı 153 a/g, yanacaq növü dizel, çənin həcmi ən azı 80 litr, transmisiya növü 6 pilləli mexanika; Təhlükəsizlik: ön hava yastığı (sürücü və sərnişin), 3 nöqtəli təhlükəsizlik kəmərləri, ESP və ABS sistemi, məsafədən idarə olunan və avtomatik kilidlənən qapı, yük hissəsi: metal bölmə - sabit / şüşəsiz, sağ yan yük qapısı, 180 dərəcə açılan arxa yük qapıları; İnteryer: kondisioner, Audio sistem /AM/FM/USB/Bluetooth , təhlükəsizlik yastığı olan sükan; Eksteryer: gündüz işıqları, halogen faralar, arxa palçıq tutacaqları, elektron tənzimlənən sürücü və sərnişin pəncərələri, qızdırılan xarici güzgülər, yük bölməsində işiqlanma, ön və arxa park radarlar, duman əlehinə faralar, istehsal ili minimum 2022, yürüş maksimum 100 km. |
1 |
ədəd |
2 |
Mikroavtobus/miniven |
Ban növü miniven, 6+1 yerlik, rəng qara obsidian metal, yanacaq növü benzin, təkər bazası 3200 mm, mühərrik həcmi 2 l, gücü ən azı kVt/a.g. 155 / 211, maksimum fırlanma anı 4400 rpm - 350, avtomat sürətlər qutusu, dairəvi kamera ilə parkinq paketi, yüngül lehimli disklər 19", ehtiyat təkəri, təkər təzyiqinə nəzarət sistemi simsiz, dam rayları anodlaşdırılmış, elektrik hərəkət edən sol və sağ sürüşmə qapıları, sərnişin salonunda elektrik ötürücülü pəncərələr, arxa qapının qapağında spoyler, salon rəngi bej, sərnişin salonunda 1-сi sıra 2 nəfərlik oturacaq, 2-сi sıra 3 nəfərlik oturacaq, masa təchizatı paketi, dəridən tikişli panel, kondisioner, arxada əlavə klimat nəzarət sistemi, uzaqdan idarə etməklə açılıb bağlanan qapılar, uzunluğu 5000-5200 mm, eni güzgülərlə birlikdə 2200-2250 mm, hündürlüyü 1900-2000 mm, istehsal ili minimum 2022, yürüş maksimum 100 km. |
1 |
ədəd |
3 |
Minik avtomobili |
Ban növü sedan, rəng qara, mühərrik həcmi ən azı 2.5 l, gücü ən azı 210 a/g, eni güzgülərlə birlikdə ən azı 1865 mm, uzunluğu ən azı 4975 mm, təkər bazasının eni 2870 mm, hündürlük ən azı 1445 mm, oturacaqların sayı 5, dəri salon, salon rəngi bej və ya digər açıq rəng, yanacaq çəninin həcmi minimum 60 l, mühərrik: maksimum dönmə (Nm@rpm) 243, sürət yığma 0-100 km/s maksimum 9.1 san, qarışıq yanacaq sərfiyyatı 8.4 l/100 km, arxa əyləclər Disk, ön əyləclər Ventilyasiya olunan Disk, mərkəzi multimedia ekranını idarəetmə üçün kompüter mausu kimi sensor, naviqasiya 3D qrafika, LDA sistemi, arxa görüntü kamerası, oturacaqların isidilməsi və ventilyasiyası, ön və arxa park radar, yağış sensoru, mərkəzi qapanma, lyuk, aktiv təhlükəsizlik paketi, inteqrasiya edilmiş 3 rejim eco-normal-sport, kruiz kontrol tam sürət diapazonu, sükan 3-milli dəri və ağac, qızdırıcı, təkər və disk ölçüləri 235/45r18, istehsal ili minimum 2022, yürüş maksimum 100 km. |
1 |
ədəd |