Şahdağ Turizm Mərkəzi müşahidə kameralarının satın alınması ilə bağlı kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 4700664781
Satınalan təşkilatın ünvanı: AZ3827 Qusar rayonu Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometri
Müsabiqənin başlama tarixi və vaxtı: 23.06.2023 16:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 12.07.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 12.07.2023 17:00
Satınalma müqaviləsi üzrə ödənişlər malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, 15 bank günündən gec olmamaq şərti ilə aparılacaqdır. Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
Çatdırılma yeri - Qusar rayonu, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometri
Çatdırılma müddəti - Mallar sifariş verildikdən sonra 30 gün ərzində təhvil verilməlidir.
Tender təklifi
Qiymət təklifi:
Qiymət kotirovkasının təsviri
Qiymət kotirovkasının qüvvədə olma müddəti
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı
Təşkilati və hüquqi sənədlər:
Kommersiya hüquqi şəxsin Nizamnaməsi (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə)
Kommersiya hüquqi şəxsin Dövlət Qeydiyyatı Haqqında Şəhadətnaməsi
Kommersiya hüquqi şəxsin Dövlət Reyestrindən Çıxarışı
Kommersiya hüquqi şəxsin bank rekvizitləri
Kommersiya hüquqi şəxsin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması barədə sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat
Son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti)
Mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olması barədə məktub
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Ceyran Şirinova, Böyük mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 0772773253
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Müşahidə kameraları (Daxili kameralar) Pelco IWP333-1ERS |
Sarix pro 3 İR wedge, 2.8mm,3mp |
28 |
ədəd |
2 |
Müşahidə kameraları (Çöl kameralar) Pelco IBP331-1ER |
Sarix pro 3 bullet,2.8-12mm,3mp |
22 |
ədəd |
3 |
IFBV-JB Junction box |
Junction box for IFV series SRX value environmental fixed lens turrents and IBV series environmental bullets |
22 |
ədəd |