Milli Elmlər Akademiyası açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda 2024-cü il üçün mühafizə xidmətlərinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1700007431
Satınalan təşkilatın ünvanı : AZ1001, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30
Müsabiqənin başlama tarixi və vaxtı: 30.11.2023 14:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 21.12.2023 14:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 29.12.2023 14:00
Zərflərin açılış tarixi və vaxtı: 04.01.2024 14:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən kotirovkanın şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri : Bakı şəhəri, Səbail r-nu, İstiqlaliyyət küç., 30
Çatdırılma müddəti : 2024-cü il ərzində
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
İddiaçıların son 1 (bir) ildə analoji işlər üzrə təcrübəsi, peşəkarlığının, texniki maliyyə imkanlarının, işçi güvvəsinin və potensial imkanları haqqında məlumat
Maliyyə vəziyyəti haqqında bank arayışı
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Mühafizə xidmətinin göstərilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziya
Xidmətə cəlb olunacaq mühafizəçilərin xüsusi peşə hazırlığı, hüquqi, psixoloji, tibbi, əlbəyaxa döyüş və yanğına qarşı hazırlıq kurslarında iştirakına dair sertifikatı
Mühafizə xidməti üzrə təcrübə
Ən azı 3 (üç) dövlət qurumundan verilmiş müsbət rəy məktubu
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Səidə Zamanova, satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu : 012 539 22 61