Psixi Sağlamlıq Mərkəzi “Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin mühafizə xidmətlərinin satınalınması” üzrə kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır. Müsabiqə yanvar ayının 19-də başlayıb. Təkliflər fevralın 6-dək təqdim edilməlidir. Zərflər fevral ayının 7-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1500393051
Satınalan təşkilatın ünvanı: Nərimanov rayonu İsmayıl Hidayətzadə 16
Çatdırılma yeri: Bakı şəh, Nərimanov r-nu, i.hidayətzadə küç 16
Çatdırılma müddəti: 31.12.2023
Qeyd: Xəstaxana binasının mühafizəsi - 24 saat olmaqla 2 post üzrə 11 ay müddətinə zərdə tutulub.