“Aqrar Tədarük və Təchizat” ASC “Mühafizə xidmətinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Alov-Mühafizə” MMC olub.
Qalib şirkətə 111 200 manat ödəniləcək.
Qeyd edək ki, mühafizə xidməti 1 illik nəzərdə tutulub və 1 ofisin mühafizəsi, 4 yarmarka və digər təyinatlı obyektin mühafizəsi xidməti satın alınacaq. İş günlərində saat 18:00-dan 09:00-a qədər, istirahət günlərində (Ümummilli hüzn və bayram günləri) isə 24 saat xidmət göstəriləcək.