İpoteka və Kredit Zəmanət Fondu "Avtonəqliyyat vasitəsinin satın alınması" ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1403502281
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40
Müsabiqənin başlama tarixi və vaxtı: 19.06.2023 16:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 17.07.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 25.07.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 26.07.2023 10:00
Avtonəqliyyat vasitəsi müvafiq sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında təhvil verildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçiriləcəkdir
Çatdırılma yeri - Bakı şəhəri, Bülbül prospekti 40 (Fondun ünvanı).
Çatdırılma müddəti - Satınalma müqaviləsinin icra müddəti minimum 6 ay, maksimum 1 il nəzərdə tutulur.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Tenderdə iştirak etmək üçün ərizə
Nizamnamə
Dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış
VÖEN
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr)
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların Müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında müvafiq dövlət qurumundan arayış
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar göstəricilərini əks edən müvafiq dövlət qurumundan arayış
İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət qurumundan arayış
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq dövlət qurumundan arayışlar
Bank rekvizitləri
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasını, habelə iş təcrübəsini təsdiq edən sənədlərin surətləri
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Fərid Əsgərov, Təchizat departamenti direktorunun müavini-Təsərrüfat şöbəsinin rəisi
Email: [email protected]
Əlaqə telefonu: : (+99412) 441-24-23 (daxili 111)
Namik Əliyev - Təchizat departamentinin Təsərrüfat şöbəsinin aparıcı mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: : (+99412) 441-24-23 (daxili 121)
1 Mühərrikin gücü Benzin-hibrid 2,0 litr (240-250 at gücü) 2 Sürət qutusu avtomatik 3 Təkərlərin işləmə prinsipi qabaq təkər 4 Yanacaq cəni 60-65 litr 5 Uzunluq 4900-5000 mm 6 Genişlik 1800-1900 mm 7 Hündürlük 1400-1500 mm Eksteryer 8 Təkər diski 21" lehimli disklər 9 Ehtiyat təkər mövcud 10 Ön bufer kuzov rəngli 11 Arxa bufer kuzov rəngli 12 Qapı güzgüləri kuzov rəngli 13 Qapı dəstəkləri xrom rəngli 14 Qapı güzgüləri elektrik qatlanan, qizdırılan, dönmə siqnalı 15 Faraların sönməsi avtomatik 16 Ön şüşətəmizləyənlər avtomatik fasiləli iş rejimi 17 Qapı kilidi elektrik, məsafədən idarəetmə funksiyası 18 Toran sensoru mövcud 19 Yağış sensoru mövcud 20 Palçıq təmizləyicisi mövcud 21 Gündüz işıqlar LED, HİD, AFS sistemi 22 Fara təmizləyicisi mövcud 23 Ön duman lampaları mövcud 24 Görünüş kamerası 360 dərəcə 25 Ön və arxa parklanma sensoru mövcud 26 Əyləc sistemi ABS və EBD 27 Avtomobilin stabilizə sistemi VSC İnteryer 28 Salon dəri 29 Multimedia sistemi Touch funksiyalı 30 Avtomatik tənzimlənən sürücü və sərnişin oturacağı mövcud 31 Wi-Fi birləşmə mövcud 32 Multimedia displeyi 5-10 düym ölçülü 33 Sükan üzərində funksiyalar audio çevriçi, telefon düyməsi, səs tanınma funksiyası 34 Bluetooth və hands-free sistemi mövcud 35 Kamera displeyi mövcud (arxa görünüş və dinamik təlimatlar ilə) 36 Multi məlumat displeyi rəngli, 10-15 düym ölçülü 37 Səsucaldan 5-10 pilləli 38 İn-konnektor mövcud 39 USB konnektor mövcud 40 Sükan 3 milli, dəri, elektrik tənzimlənən, teleskopik, EBS sistemli 41 Sürət ötürmə dəstəyi Dəri, mebel naxışlı 42 Start/stop düyməsi mövcud 43 Kruiz kontrol mövcud 44 Ön faralarının avtomatik tuşlanması mövcud 45 Kondisioner 3 zonalı 46 Arxa və yan pərdələr mövcud 47 Qızdırılan ön və arxa oturacaqlar mövcud Soyudulan ön oturacaqlar mövcud 48 Panorama Lyuk mövcud 49 Zolaq saxlama funksiyası mövcud 50 Google assistant, Google maps və Google Play store sistemi mövcud 51 Apple Carplay sistemi mövcud 52 Hava yastıqları 6-10 ədəd SRS sistemli