Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi minivan tipli avtomobilin satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 8600213091
Satınalan təşkilatın ünvanı: Şuşa şəhəri
Satınalma predmeti: Minivan tipli avtomobilin satınalınması
ÜSL kod (kateqoriya): 34115000-6 Digər minik avtomobilləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 26.04.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 18.05.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 26.05.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 30.05.2023 15:00
Çatdırılma yeri - Şuşa şəhəri
Çatdırılma müddəti - 3 ay
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nicat Eyvazlı, mühasib-satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: (070) 558-88-58
Təşkilati və hüquqi sənədlər:
Tenderdə iştirak etmək üçün müraciət
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının (elandan sonrakı tarixə) surəti
Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari tarixə qüvvədə olan arayış
İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi haqqında arayış
İddiaçının rəhbərinin vəzifəyə təyin olunmasını təsdiq edən sənədin surəti
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
İxtisas göstəriciləri:
Son bir il ərzində yerinə yetirdiyi işlər haqqında arayış
Texniki servis xidmətinin göstərilməsi üçün nəzərdə tutulan məntəqə haqqında məlumatlar
Minimum tələblər: Buraxılış ili – (2022-2023), Mühərrik həcmi: 1300 cc, 4 silindr, Yanacaq tipi: benzin, Mühərrikin gücü: 90 a.g., Hündürlük: 1800 mm, Uzunluq: 4000 mm, Eni: 1800 mm, ABS, Mərkəzi kilid sistemi, Sürücü və ön təhlükəsizlik yastıqları, Təhlükəsizlik dəsti, 5 oturacaq, Tam arxa oturacaq, Kondisioner, Mərkəzi kilidləmə sistemi, Ehtiyyat təkəri, Elektrik ön şüşələr, Elektrik arxa şüşələr, Kruiz control, Multifunksional sükan, Yan hava yastıqları, Duman əleyhinə fara, Tozlu şərait üçün paket, Ön oturacaqların dirsəkaltısı, Sükanın dəri ilə işlənməsi, Arxa parktronik, Ön oturacaqların mexaniki tənzimlənməsi, Radio və USB giriş, temperature sensoru, yükgötürmə qabiliyyəti: 800 kg, 2 il və ya 100 000 km rəsmi zəmanət