Bakı Dövlət Universiteti "Bakı Dövlət Universiteti tərəfindən 2022/2023-cü tədris ili üzrə “Məzun Günü” tədbirinin təşkili və keçirilməsilə bağlı malların (iş və xidmətlərin) satın alınması" təkliflər sorğusunun yekunlaşdırıb.
FED.az xəbər verir ki, yekun nəticəyə əsasən "Admedia.az" MMC (VÖEN: 2002644161) qalib gəlib.
Şirkətlə 186 623 manat məbləğində müqavilə imzalanıb.
"Admedia.az" MMC bundan öncə də Mənəvi Dəyərlərin Təbliği Fondu ilə 498 902 manat məbləğindəki "Mənəvi və dini dəyərlər sahəsində marifləndirici tədbirlərin təşkili" təkliflər sorğusu üzrə müqavilə bağlayıb (13.06.2023).