Dənizkənarı Bulvar İdarəsi “Məlumatlandırıcı nişanların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Elcom” MMC olub.
Şirkətlə 181 844 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 57 ədəd daşınabilən nişan konstruksiyası, 62 ədəd beton əsaslı nişan konstruksiyası 2 üzlü nişan, 136 ədəd beton əsaslı nişan konstruksiyası 1 üzlü nişan, 5 ədəd beton əsaslı istiqamətləndirici nişan konstruksiyası, 105 ədəd nişan lövhəsi, 5 ədəd velosiped parklanması üçün 10 halqalı konstruksiya, 30 ədəd modul tipli daşınabilən nişan konstruksiyası, 7 ədəd məlumatlandırıcı nişan konstruksiyası və 12 ədəd beton əsaslı velosiped parklanma nişanı konstruksiyası satın alınacaq.