"Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi" publik hüquqi şəxsi məişət avadanlıqlarınnı alınması üzrə tender elan edib.
FED.az xəbər verir ki, qurum televizorlar, soyuducular, paltaryuyan maşınlar və sair avadanlıqlar alacaq.
Müsabiqə avqustun 9-da başlayır, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi avqustun 30-da, təkliflərin son təqdim olunma tarixi sentyabrın 7-də bitir. Zərflər sentyabrın 8-də açılacaq.
Tenderdə iştirak haqqı 100 manatdır.
Açıq tender(eTender)
Satınalan təşkilatın adı: "PROTEZ-ORTOPEDİK İSTEHSALAT VƏ REABİLİTASİYA MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Satınalan təşkilatın VÖEN-i: 1000341661
Satınalan təşkilatın ünvanı: Bakı ş.,S.Ə.Şirvani 3
Tender predmeti: Məişət avadanlıqları
Musabiqənin adı: Məişət avadanlıqları
Məişət avadanlıqları
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 | Televizor | Ekran növü-LED, rəqəmsal TV tuner -DVB-T/T2/C/S, ekranın diaqonalı-32"(81 sm), ekranın formatı-16:9, stereo-var, Dəstəklənən formatlar MP3, WMA, MPEG4, HEVC (H.265), Xvid, MKV, JPEG, divara quraşdırılma-olsun, dolby digital-olsun, USB -1 cıxış olsun, səs sistemi-virtual surround, ekran icazəsi-HD (1366 × 768), HDMI 2 cıxış olsun, ölçülər (altlıqla) 736 x 464 x 180 mm, LED işıq sensoru olsun, baxış bucağı -178° olsun, matritsa-IPS, rəng-qara, VESA montaj standardı-200 × 200 mm, tezlik-50 Hz, dinamik səhnə indeksi 500, yuxu taymeri-olsun, akustik sistem-2 dinamik, səs gücü-10 Vt, Wi-fi-olsun, zəmanət -1 il | 3 | ədəd |
2 | Soyuducu | Növü-ikikameralı, dondurucu kameranın yerləşməsi-yuxarıda, əritmə sistemi-DeFrost, enerjiistifade sinifi-A, toplam həcmi -280 litr, soyuducu kameranın həcmi -210 litr, dondurucu kameranın həcmi - 51 litr, kompressorların sayı -1, qapıların sayı -2, rəflərin materialı- şüşə, eni -60 sm, rəng-gümüş, kameraların sayı -2, qapı istiqamətinin dəyişdirilməsi- olsun, hündürlük -159.8 sm, dərinlik -54 sm, zəmanət -1 il | 10 | ədəd |
3 | Dondurucu | Dondurucu kameranın növü: dondurucu qutu, ümumi həcmi -252 litr, enerji sərfiyyatının sinfi -A, kompressorların sayı -1, klimatik sinfi -SNT, qapıların sayı -1, bölmələrin sayı -1, idarəetmə növü -elektron, iş temperaturu (0-18C), soyuducu rejimində işləsin (+4...6C), dərin dondurma rejimi (-32C gədər) olsun, ölçülər - 84 sm x 104 sm x 68 sm (+10 sm), çəkisi- 51 kq, rəng -ağ, zəmanət -1 il | 1 | ədəd |
4 | Su dispenseri | Məhsul tipi- su dispenseri, soyutma göstəricisi -olsun, istilik göstəricisi- olsun, suyun temperaturu, ºC -15° - 85° C, enerji sərfi/ qaynar su, Vt- 420 W, enerji sərfi/ soyuq su, Vt: -80 W, rəng -ağ, ölçülər -hündürlüyü / eni / dərinliyi: 378 sm x 405 sm x 1090 sm, zәmanәt -1 il | 5 | ədəd |
5 | Ot biçən maşın | Elektrikli otbiçən, kiçik və orta sahələrdə alaq, qazon və müxtəlif tipli otların biçilməsi üçün nəzərə alınıb. Komplektə leska başlığı da daxildir. Texniki göstəricilər: gücü -2.1 kVat, bıçaq ölçüsü -23 sm, leska ölçüsü -35 sm, korpusun materialı -aliminium, çəki -4.1 kq, çiyinə keçirilməsi üçün yardımcı kəmər olsun, zəmanət -1 il | 1 | ədəd |
6 | Drel | Növü-drel-şurup açıb-bağlıyan, akumlyatorlu, patron başlığı -10 mm, qidalanma -batareyadan, çəki -2.8 kq, sürət sayı -2, revers funksiyası -olsun, dəqiqədə dövriyyə sayı -1700 d/d, batareya -1500 mAh, taxta üçün dəliyin maksimal diametri -21 mm, polad üçün dəliyin maksimal diametri -10 mm, rəng -tünd göy, zəmanət -1 il | 1 | ədəd |
7 | Ət çəkən maşın | Qablaşdırmaya daxildir: ətçəkən , 3 disk, güc - 2200 W, idarəetmə növü - düyməli, sürət sayı -1, sürtgəc başlıqı -olsun, tərəvəz doğrayan -olsun, qızmadan müdafiə -olsun, Kabelin saxlanması üçün bölmə -olsun, başlıqların saxlanması üçün bölmə -olsun, rezinlənmiş ayaqlar -olsun, korpus materialı -plastik/metal, ölçülər -hündürlüyü / eni / dərinliyi: 25.4 х 19.9 х 29.5 sm, çəki - 6.4 kg, rəng - qara-gümüşü, zәmanәt -1 il | 1 | ədəd |
8 | Quruducu-elektrik plitə | Tip - stolüstü elektrik pilətəsi, maksimal sərf edilən güc -1500 V, idarə (idarə etmə) -mexaniki, dəmkeşlərin miqdarı, elektriklər -1, lövhə -keramika, rəng -boz, ölçülər - hündürlüyü -7 sm, eni - 20 sm, uzunluğu - 20 sm, rezinlənmiş ayaqlar -olsun, zəmanət - 1 il | 20 | ədəd |
9 | Paltaryuyan maşın | Paltaryuyan maşının ümumi xüsusiyyətləri: yükləmə növü -frontal, tutum -5 kq, maksimal sıxma sürəti-1000, enerji sinfi -A, rəngi -ağ, proqram sayı -16, təhlükəsizlik -avtomatik su idarəetmə, ölçülər: hündürlüyü -84 sm, eni -60 sm, dərinliyi -45 sm, , zəmanət -1 il | 1 | ədəd |
ÜSL kod (kateqoriya) - 30197000-6 Kiçik ofis avadanlığı,
Müsabiqənin başlama tarixi və vaxtı
09.08.2022 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
30.08.2022 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı
07.09.2022 16:00
Zərflərin açılış tarixi və vaxtı
08.09.2022 16:00
İştirak haqqı: 100 AZN
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:
ÇATDIRILMA YERİ
Bakı şəhəri, Əhmədli qəsəbəsi, S.Ə.Şirvani küçəsi 3
ÇATDIRILMA MÜDDƏTİ
2022
ÇATDIRILMA ŞƏRTLƏRİ
DDP
ÖDƏNİŞ ŞƏRTLƏRİ
Satınalma müqaviləsi üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) satınalan təşkilat tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq satınalma müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə malgöndərənə (podratçıya) ödənilir. Müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər malgöndərən (podratçı) tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 bank günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 15 bank günü müddətində satınalan təşkilatla malgöndərən (podratçı) arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ malgöndərənə (podratçıya) ödənilir.