Qida Təhlükəsizliyi İnstitutu media xidmətlərinin satın alınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, təkliflərin son təqdim olunma tarixi və vaxtı 01.03.2022-ci il saat 15:00-a kimidir və tenderdə iştirak ödənişi 100 manatdır.
Tenderlə informasiya portallarında press-relizlərin hazırlanması və yayılması, şəkillərin və video faylların yayılması işi görüləcək.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - müvafiq vergi orqanı tərəfindən təqdim olunmuş arayış;
iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - mənfəət vergi bəyannaməsi;
iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı - bank arayışı;
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - müvafiq vergi orqanı tərəfindən təqdim olunmuş arayış;
Nizamnamə - nizamnamə (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə);
Qeydiyyatdan keçdiyi ölkə - dövlət reyesterindən çıxarış (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) və VÖEN;
Rekvizitlər - bank hesabı (rekvizitləri), hüquqi və faktiki ünvanı - rəsmi blankda.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Samirə Məmmədova / Böyük mütəxəssis
Əlaqə: [email protected] / 012 565 12 72 dax.524