“Azərsu” ASC daxili vəsaiti hesabına özünün struktur vahidlərinə mebel dəstlərinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
Eləcə də bax: Metropoliten əlamətdar günlər üçün 48,8 min manatlıq - GÜL ALIB
FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamenti rəisinin müavini (əlaqələndirici şəxs: Murad Abışevə, telefon: 431 47 67/1087 və Tural Rzayevə, 431 47 67/2266) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 30 yanvar 2020-ci il saat 15.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 31 yanvar 2020-ci il saat 17.00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prose-durunda iştirak edə bilərlər.