Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Azərbaycan Turizm Bürosu” Publik Hüquqi Şəxsi
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsi 134 nömrəli ünvanda yerləşən inzibati binada mebel təchizatı işlərinin satın alınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:
Tenderdə iştirak haqqı 200 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
AZN hesabı
Emitent
Bankın adı – “Paşa Bank” ASC
Bankın kodu – 505141
VÖEN – 1700767721
M/h – AZ82NABZ01350100000000071944
SWIFT – PAHAAZ22
Alan – “Azərbaycan Turizm Bürosu” Publik Hüquqi Şəxsi
VÖEN – 1702095831
H/h – AZ10PAHA38060AZNHC0100004916
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (ASAN ödəniş);
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- yüklülük barədə vergi orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının son 1 (bir) il ərzində oxşar işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə məlumat;
- məhkumluq barədə arayış;
- digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs- Nəzrin Həsənli.
Ünvan: Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə
Telefon: +994125058704 (əlavə 2303)
Faks: +994124920592
E-mail: [email protected]
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 9 sentyabr 2021-ci il saat 12.00-a, tender təklifini və təklifin bank təminatını isə 17 sentyabr 2021-ci il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların tender təkliflərinin açılışı 20 sentyabr 2021-ci il saat 12.00-da dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
Tender komissiyası